Yüksək Liqa: Bu gün 19-cu turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün matçları “Olimpik Star”da baş tutacaq.

U-19 yığmamız “Neftçi”ni, “Baku Fire” “Yasamal Bakı”nı, lider “Araz-Naxçıvan” isə “Record”u sınağa çəkəcək.

Yüksək Liqa
19-cu tur
21 aprel

U-19 – Neftçi İK
Hakimlər: Mahir Məmmədov, Xəlil Xəlilov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Baku Fire
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Record – Araz-Naxçıvan
Hakimlər: Hidayət Feyzullayev, Nahid Xasıyev, Ziya Nəsirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 18:00.