Yüksək Liqa: Bu gün 2-ci turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

“Olimpik Star”da keçiriləcək ilk oyunda “Neftçi” İK U-19 yığmamız üz-üzə gələcək. “Baku Fire” “Şuşa”nı sınağa çəkəcəksə, “Araz-Naxçıvan” da “Yasamal Bakı” ilə qarşılaşacaq.

Yüksək Liqa
2-ci tur
26 oktyabr

18:30. Neftçi İK – U-19
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.

20:00. Baku Fire – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.

21:30. Araz-Naxçıvan – Yasamal Bakı
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: