Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.
Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutacaq.
Turun ilk matçının start fiti 13:30-da səsləndiriləcək. Son çempion “Araz” debütant “Şuşa”nı sınağa çəkəcək.
Günün digər qarşılaşmalarında “Yasamal Bakı” “Neftçi” İK ilə, U-19 da “Baku Fire” ilə üz-üzə gələcək.
Yüksək Liqa
3-cü tur
29 oktyabr
13:30. Şuşa – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Azad Hüseynov.
15:30. Yasamal Bakı – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Ramil Namazov.
Hakim-inspektor: Elçin Səmədov.
17:30. U-19 – Baku Fire
Hakimlər: Hikmət Qafarlı, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.


