Yüksək Liqa: Cari mövsümün əsasnaməsinə dəyişiklik edildi

Azərbaycan Voleybol Federasiyası (AVF) Azərbaycan çempionatının (Yüksək Liqa) 2023/2024 mövsümünün əsasnaməsinə dəyişiklik edib.

Arena.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq.

Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır. Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.

Yeri gəlmişkən, kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtları da dəqiqləşib. AVF-dən verilən məlumata görə, növbəti matçlar aşağıdakı proqram üzrə keçiriləcək:

Yüksək Liqa

13 mart
17:00. MOİK – “Azərreyl”
“Murov” Voleybol Klubunun idman zalı.

14 mart
17:00. “Neftçi” – “Murov”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

16 mart
17:00. “Azərreyl” – MOİK
“Murov” Voleybol Klubunun idman zalı.

19 mart
17:00. “Murov” – MOİK
“Murov” Voleybol Klubunun idman zalı

17:00. “Neftçi” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.