Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, “Azərreyl” və “Abşeron” komandaları çempionluq uğrunda ilk duelə çıxıblar.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Son iki mövsümün çempionu olan “Azərreyl” ilk final görüşünün hər üç setində məğlub olub. Ardıcıl iki dəfə gümüşlə kifayətlənmiş “Abşeron” revanş yolunda ilk addımını atıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci oyun sabah keçiriləcək. Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Yüksək Liqa (qadınlar)
Finalın ilk oyunu
21 aprel
“Azərreyl” – “Abşeron” 0:3 (19:25, 16:25, 18:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.