Yüksək Liqa: Çempion ilk oyunda uduzdu, “Neftçi” qalib gəldi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümünün ilk turunun bütün oyunları “Olimpik Star”da baş tutub.

İlk matçda son çempion “Araz-Naxçıvan” və ötən çempionatın gümüş medalçısı “Baku Fire” qarşılaşıb. Gərgin keçən matç “Baku Fire” komandasının qələbəsi ilə başa çatıb.

Turun ikinci oyununda debutant “Şuşa” “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı debutant açsa da, təcrübəli futzalçılardan qurulmuş “Neftçi” sensasiyaya imkan verməyib. Düzdür, fasiləyə tərəflər “sülh”lə yollanıblar. Amma ikinci hissədə 4 qol vuran İlkin Hacıyevin drujinası böyükhesablı qələbəyə sevinib.

Turun son görüşü dramatik alındı. Əvvəlcə “Yasamal Bakı” ardıcıl qollarla fasiləyə üstün yollanıb. İkinci hissədə isə gənclər üstünlük qazanıblar. Ardıcıl 4 qol vurmaqla hesabda önə keçən U-19 sonrakı dəqiqədə rəqibin qol vurmağına mane ola bilməyib. Bununla belə, milli qələbə qazanmağı bacarıb.

Yüksək Liqa
1-ci tur
22 oktyabr

Baku Fire – Araz-Naxçıvan 8:6
Qollar: Yaqo Henrike, 2:13; 2:49; 35:34. Amadeu, 8:37; 19:21. Tofiq Mikayılov, 12:12. Oqtay Rüstəmli, 27:59. Kənan Manafov, 33:35 – Lazar Milosavlyeviç, 3:40; 38:04. Kayke Aledes De Oliveyra, 13:35. Covanni Valerio, 23:25. Xəzər Ağalızadə, 35:01. Fərid Ələkbərov, 37:07-öz qapısına.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

Şuşa – Neftçi İK 1:5
Qollar: Əhməd İsmayılov, 4:01 – Vahib Xocayev, 5:09. Fərid Atakişiyev, 28:37; 38:33. Namiq Məmmədkərimov, 29:00. Xətai Bağırov, 37:12.
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.

U-19 – Yasamal Bakı 7:6
Qollar: Ədalət Ələkbərov, 7:23. Ümid Qəhrəmanov, 23:28; 24:59. Pünhan Qasımzadə, 24:53; 38:02. Oqtay Mahmudzadə, 25:37. Hüseyn Cəfərzadə, 34:55 – Arzu Abbasov, 4:38; 27:18. İlqar Nuruşov, 11:36; 35:17. Pünhan Qasımzadə, 17:09-öz qapısına. Sunay Həsənov, 20:26.
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.

Xəbəri istədiklərinizlə paylaşın