Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
“Olimpik Star”da keçirilən ilk oyunda son çempion “Araz-Naxçıvan” “Yasamal Bakı” ilə qarşılaşıb. Matç gözlənildiyi kimi, “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb. Bu, Predraq Rayiçin “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk qələbəsi olub.
“Neftçi” İK U-19 yığmamızla üz-üzə gəlib. Bu görüşdə də “Neftçi” gənclərdən güclü olub. 11 cavabsız qolla qalib gələn “ağ-qaralar” zirvədə yer alıblar.
“Baku Fire” isə “Şuşa”nı sınağa çəkib. İddialı paytaxt təmsilçisi debütantdan üstün olub.
Yüksək Liqa
2-ci tur
26 oktyabr
Araz-Naxçıvan – Yasamal Bakı 13:0
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Neftçi İK – U-19 11:0
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Baku Fire – Şuşa 4:0
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Xal: Neftçi İK – 6. Baku Fire – 6. Araz-Naxçıvan – 3. U-19 – 3. Şuşa – 9. Yasamal Bakı – 0.


