Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, eyni günə təsadüf edən turun matçları “Olimpik Star”da baş tutub.
U-19 yığmamız “Neftçi”ni, “Baku Fire” “Yasamal Bakı”nı sınağa çəkib. Bu qarşılaşmaların favoritləri olan “Neftçi” ilə “Baku Fire” rəqibləri üzərində qələbəyə seviniblər.
Lider “Araz-Naxçıvan” isə “Record”la qarşılaşmalı idi. Lakin bu oyun “Record” komandasının təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Nəticə ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək. Böyük ehtimalla bu komandaya növbəti dəfə texniki məğlubiyyət veriləcək. Üstəlik, bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün “Record” çempionatdan kənarlaşdırılacaq.
Yüksək Liqa
19-cu tur
21 aprel
U-19 – Neftçi İK 4:7
Hakimlər: Mahir Məmmədov, Xəlil Xəlilov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Baku Fire 2:12
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Record – Araz-Naxçıvan oyunu baş tutmayıb
Hakimlər: Hidayət Feyzullayev, Nahid Xasıyev, Ziya Nəsirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xal durumu: Araz-Naxçıvan – 47. Baku Fire – 41. Neftçi İK – 39. Yasamal Bakı – 20. U-19 – 9. Record – 4.
Futzal üzrə Yüksək Liqanın bombardirlər yarışında isə vəziyyət belədir: Reza Abqun (Neftçi İK) – 57. Kənan Manafov (Baku Fire) – 52. Rüstəm Bağırov (Yasamal Bakı) – 42 qol.