Yüksək Liqa: Favoritlərdən darmadağın

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutub. Turun ilk matçında son çempion “Araz” debütant “Şuşa”nı sınağa çəkib. Naxçıvan təmsilçisi bu oyunda böyük hesabla qalib gəlib.

Günün digər qarşılaşmalarında “Yasamal Bakı” “Neftçi” İK ilə, U-19 da “Baku Fire” ilə üz-üzə gəlib. Bu görüşlərdə də favoritlər asan qələbələrə seviniblər.

Yüksək Liqa
3-cü tur
29 oktyabr

Şuşa – Araz-Naxçıvan 1:12
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Azad Hüseynov.

Yasamal Bakı – Neftçi İK 0:13
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Ramil Namazov.
Hakim-inspektor: Elçin Səmədov.

U-19 – Baku Fire 1:16
Hakimlər: Hikmət Qafarlı, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.

Xallar: “Neftçi” İK – 9. Baku Fire – 9. Araz-Naxçıvan – 6. U-19 – 3. Şuşa – 0. Yasamal Bakı – 0.