Yüksək Liqa: Finalın birinci oyunlarının vaxtı açıqlandı

Voleybol üzrə həm qadınlar, həm də kişilər arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) ilk final oyunlarının tarixləri bəlli olub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol

Kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda “Xarı bülbül” və “Murov” kollektivləri qarşılaşacaqlar. Bürünc medal uğrunda isə “Neftçi” və MOİK komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. “Abşeron” və “Azərreyl” çempionu, UNEC və “Murov” isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Növbəti final və üçüncülük uğrunda qarşılaşmaların keçiriləcəyi vaxtla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar da təşkil olunacaq.

Xatırladaq ki, bütün oyunlar Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda birinci oyunlar
11 aprel

17:00. “Neftçi” – MOİK
19:00. “Xarı bülbül” – “Murov”

Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda birinci oyunlar
12 aprel

15:00. “Azərreyl” – “Abşeron”
17:00. “Murov” – UNEC

Xəbəri sosial şəbəkələrdə paylaş: