Yüksək Liqa: Finalın ilk oyununda “Azərreyl” sevindi

Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün ilk final oyunu keçirilib.

Arena.az xəbər verir ki, həlledici matçda “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Son çempion bununla da titulunu qorumaq yolunda inamlı addım atıb.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Yüksək Liqa (kişilər)
Finalın 1-ci oyunu
22 aprel

“Azərreyl” – “Murov” 3:0 (25:19, 25:17, 25:18)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.