Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 12-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı “Gəncə” ilə “Milli Aviasiya Akademiyası” arasında keçirilib. Gəncə İdman Sarayında keçirilmiş matçda qonaq komanda qalib gəlib – 3:1.
Qeyd edək ki, turun fevralın 19-da keçirilmiş oyunlarında “Abşeron” UNEC-ə 3:0 (25:4, 25:13, 25:12), “Azərreyl” isə “Murov”a 3:1 (25:18, 25:23, 20:25, 25:21) hesabı ilə qalib gəlmişdi.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 27-də keçiriləcək.
Yüksək Liqa
12-ci tur
22 fevral
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 1:3 (14:25, 16:25, 25:23, 17:25)
Gəncə İdman Sarayı.
Xallar: Abşeron – 32. Milli Aviasiya Akademiyası – 27. Azərreyl – 18. Gəncə – 17. Murov – 14. UNEC – 0.