Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü dövrəsinə start verilib.
Arena.az xəbər verir ki, 11-ci turun bütün görüşləri eyni gündə Bakı İdman Sarayında təşkil olunub.
Günün ilk matçında lider “Baku Fire” və ikinci pillədə qərarlaşmış son çempion “Araz-Naxçıvan” üz-üzə gəliblər. Bu oyunu prinsipial edən məqamlardan biri də Yüksək Liqanın cari mövsümündə “Araz-Naxçıvan”ın rəqibini məğlub edə bilməməsi və turnir cədvəlində ondan geri qalması idi. Son çempion nəhayət ki, bu oyunda uğursuz seriyaya son qoyub və liderə cari mövsümdə ilk yenilgisini yaşadıb.
“Neftçi” də liderin büdrəməsindən maksimum istifadə edib. Nominal qonaqlar ən yaxın izləyicisi ilə matçda inamlı qələbə qazanıblar.
Tura U-19 və “Yasamal Bakı” arasındakı görüşlə yekun vurulub. Hesabı autseyder açsa da, gənclərin cavabı ardıcıl qollarla gəlib. Yekunda qələbə qazanan milli xal ehtiyatını 9-a çatdırıb.
Yüksək Liqa
11-ci tur
20 fevral
Baku Fire – Araz-Naxçıvan 0:1
Qol: Roman Adamov, 22:17.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 14:00.
Şuşa – Neftçi İK 1:7
Qollar: Rüstəm Bağırov, 16:00 – Mortoza Haydari, 7:01; 19:14. Fərid Atakişiyev, 14:26; 34:32. Abdul Qafar, 18:33; 24:12; 39:18.
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
20 fevral. Bakı İdman Sarayı. Saat 16:00.
U-19 – Yasamal Bakı 7:1
Qollar: Ədalət Ələkbərov, 9:53; 15:05; 37:16. Oqtay Mahmudzadə, 10:33. Rəvan Məşiyev, 12:57. Ümid Qəhrəmanov, 27:09. Rəvan Quliyev, 31:57 – Anar İsayev, 8:14.
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.
Xallar: Baku Fire – 26. Araz-Naxçıvan – 25. Neftçi İK – 25. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.
Bombardirlər: Yaqo Henrike (Baku Fire) – 33. Əmirhüsseun Rasuli (Araz-Naxçıvan) – 15. Namiq Məmmədkərimov (Neftçi İK) – 13 qol.