Yüksək Liqa: Liderlə “Neftçi”dən darmadağın

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün “Olimpik Star”da baş tutub.

Lider “Araz-Naxçıvan” son turlarda böyükhesablı məğlubiyyətləri sıralayan “Record”la qarşılaşıb.Daha çox məşq xarakteri daşıyan matç “qırmızı-ağlar”ın asan qələbəsi ilə başa çatıb.

U-19 isə “Neftçi”yə 13 dəqiqə müqavimət göstərə bilib. Təcrübəli futzalçılara sahib “ağ-qaralar” sonrakı dəqiqələrdə fərqi artırmağı bacarıblar.

Son matç daha gərgin keçib. “Yasamal Bakı” ilə qarşılaşmada favorit “Baku Fire” aktivinə 3 xal yazırmaqla “Neftçi”nin yerdəyişmə etməsinə imkan verməyib.

Yüksək Liqa
14-cü tur
29 fevral

Araz-Naxçıvan – Record 22:0
Qollar: Novruz Kazıxanov, 2:30; 33:02; 35:15. Miloş Todoriç, 7:54; 29:09. Xəzər Ağalızadə, 8:16; 17:50; 22:33; 28:21. Həsənəli Rəhimov, 11:17; 19:43. Məhəmməd Abbasov, 13:12; 29:48; 35:40; 36:10. Lukas Romao, 17:05; 34:29. Arzu Abbasov, 25:23-öz qapısına. Diaqo Auqusto, 26:42. Andre Junior, 37:48. Emil Həsənzadə, 38:14; 39:56.
Hakimlər: Xəlil Xəlilov, İmran Məhərrəmov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Neftçi İK – U-19 15:1
Qollar: Amir Şojaei, 13:11. Mirzə Əmirov, 14:16. Fərid Atakişiyev, 17:49. Əjdər Əjdərov, 18:20. Reza Abgoun, 19:10; 21:42; 34:03; 38:00; 38:57; Vahib Xocayev, 30:30; 37:51. Alireza Bayat, 31:53. Şahbaz Həndəmli, 32:41; 35:02. Ülvi Əliyev, 39:45 – Rəvan Məşiyev, 15:33.
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Baku Fire – Yasamal Bakı 6:3
Qollar: Kənan Manafov, 4:44; 37:30. Oktay Rüstəmli, 15:38; 32:06. Oruc Baxəlizadə, 22:17. Tofiq Mikayılov, 25:13 – Adil İsmayılov, 10:04; 36:00. Rüstəm Bağırov, 33:37.
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Araz-Naxçıvan – 37. Baku Fire – 30. Neftçi İK – 29. Yasamal Bakı – 14. U-19. Record – 4.