Yüksək Liqa: Liderlərdən növbəti qələbələr

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 3-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.

İlk “üçlük”də qərarlaşan komandalar aşağı pillələrdə yer alanları sınağa çəkiblər. “Abşeron” “Milli Aviasiya Akademiyası”nı, “Murov” “Gəncə”ni sınağa çəkib. “Azərreyl” də aşkar autsayder UNEC-lə qarşılaşıb. “Azərreyl” və “Gəncə” quru hesabla qələbə qazanıblar. “Abşeron” isə çətin qələbəyə sevinib.

Üç turdan sonra birinci, ikinci pillələri bölüşən “Abşeron” və “Azərreyl”in 8 xalı var. “Gəncə” və “Murov” 4, “Milli Aviasiya Akademiyası” isə 3 xala malikdir. Bütün görüşlərdə məğlub olan UNEC isə xalsızdır.

Yüksək Liqası
3-cü tur
13 dekabr

“Milli Aviasiya Akademiyası” – “Abşeron” 2:3 (25:23, 25:23, 12:25, 16:25, 5:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Murov” – “Gəncə” 0:3 (21:25, 22:25, 14:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

UNEC – “Azərreyl” 0:3 (14:25, 13:25, 12:25)
UNEC Voleybol Klubunun idman zalı.