Kişi voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) mövsümün ən yaxşı oyunçuları və rəmzi komandası (“Dream team”) bəlli olub.
Arena.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında keçirilmiş final qarşılaşması ilə Azərbaycan çempionatına yekun vurulub.
Oyundan dərhal sonra qalib komandalara medal və kuboklar təqdim olunub. Həmçinin Yüksək Liqanın ən yaxşı oyunçuları və rəmzi komandası müəyyənləşib.
Mükafatları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev təqdim ediblər.
Kişi voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular:
“Ən dəyərli oyunçu” (MVP) – Sergey Platanenkov (“Azərreyl”)
“Ən gənc və perspektivli oyunçu” – Zamiq Mayılov (“Gənclər”)
Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Roman Yeqorov (“Azərreyl”)
“Ən yaxşı hücumçu” – Baetens Seppe (“Murov”)
“Ən yaxşı hücumçu” – Mohammadhosseyn Çarkluey (“Azərreyl”)
“Ən yaxşı libero” – Nihad Qasımov (“Azərreyl”)
“Ən yaxşı orta oyunçu”– Aleksey Samoylenko (“Murov”)
“Ən yaxşı orta oyunçu”– Almora Qustava (“Xilasedici”)
“Ən yaxşı diaqonal oyunçu” – Nikita Alekseev (“Murov”)