Yüksək Liqa: Mövsümün əsas hissəsinə sabah yekun vurulacaq

Qadın voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün dövrə oyunları aprelin 9-da başa çatacaq.

Arena.az xəbər verir ki, Yüksək Liqanın 20-ci turunun bütün qarşılaşmaları Bakıda keçiriləcək.

Günün ilk matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 15:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq.

Ardınca meydançaya “Murov” və “Gəncə” kollektivləri çıxacaqlar. Bu oyuna saat 18:00-da start veriləcək.

Turun digər oyunu isə UNEC-in idman zalında təşkil olunacaq. Saat 18:00-da start götürəcək bu matçda “Milli Aviasiya Akademiyası” və UNEC üz-üzə gələcəklər.

Qeyd edək ki, bu oyunlardan sonra pley-off mərhələsi start götürəcək.

Yüksək Liqa
20-ci tur
9 aprel

15:00. “Abşeron” – “Azərreyl”
18:00. “Murov” – “Gəncə”
18:00. “Milli Aviasiya Akademiyası” – UNEC