Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 11-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun iki oyunu Bakıda, biri Sumqayıtda baş tutub.
Çempionatın autsayderi “Gənclər” “Xilasedici”ni qəbul edib. Bu görüşdə meydan sahibləri çətinlik çəkməyiblər.
Lider “Murov” MOİK-i, “Azərreyl” isə “Neftçi”ni quru hesabla məğlub edib.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 25-də keçiriləcək.
Yüksək Liqa
11-ci tur
18 fevral
“Gənclər” – “Xilasedici” 0:3 (10:25, 21:25, 20:25)
Sumqayıt Olimpiya İdman Kompleksi.
“Murov” – MOİK 3:0 (25:15, 25:16, 25:7)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Neftçi” – “Azərreyl” 0:3 (22:25, 20:25, 19:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Murov – 27. Xilasedici – 26. Azərreyl – 22. Neftçi – 15. MOİK – 2. Gənclər – 1.



