Yüksək Liqa: “Murov”dan asan, “Abşeron”dan çətin qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 14-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

UNEC-in idman zalında baş tutan görüşdə “Murov” və UNEC komandaları üz-üzə gəliblər. Oyun “Murov”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Abşeron” “Gəncə”ni qəbul edib. Gərgin keçən qarşılaşmada “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun son qarşılaşması da sabah Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.

Hazırda “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
14-cü tur
20 fevral

“Murov” – UNEC 3:0 (25:8, 25:5, 25:12)
“Abşeron” – “Gəncə” 3:1 (25:17, 25:23, 23:25, 25:17)

21 fevral

18:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”