Yüksək Liqa: “Murov”la “Azərreyl”dən asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün 16-cı tur çərçivəsində Bakıda iki və Gəncədə bir qarşılaşma baş tutub.

Tura “Gəncə” – “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin – Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Abşeron” və “Murov” kollektivləri arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.

UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “Azərreyl” komandaları üz-üzə gəliblər. Bu qarşılaşmada “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, qadınların turnir cədvəlinə “Azərreyl” 39 xalla (13 qələbə) liderlik edir. “Murov” 35 xalla (12 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
16-cı tur
5 mart

“Abşeron” – “Murov” 0:3 (17:25, 17:25, 17:25)
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:16, 25:21, 26:24)
UNEC – “Azərreyl” 0:3 (18:25, 17:25, 19:25)