Yüksək Liqa: “Murov”la “Neftçi”dən final mərhələsində ikinci qələbə!

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında (Yüksək Liqa) final mərhələsinin növbəti oyunları baş tutub. Arena.az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Mərkəzində “Murov” və “Xarı bülbül” çempionluq, MOİK və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.

Günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan “Murov” bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesabıyla qalib gəlib.

Daha sonra meydana MOİK və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, “Neftçi” rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.

Xatırladaq ki, ölkə birinciliyinin reqlamentinə əsasən, komandalar üç qələbəyə qədər mübarizə aparırlar. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.

Yüksək Liqa (kişilər)
13 aprel

Finalın ikinci oyunu
“Murov” – “Xarı bülbül” 3:0 (25:18, 25:18, 25:16)

3-cü yer uğrunda ikinci oyun
MOİK – “Neftçi” 1:3 (25:16, 23:25, 17:25, 23:25)

Xatırladaq ki, bu komandalar arasındakı birinci oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı:

“Xarı bülbül” – “Murov” 1:3 (25:20, 20:25, 19:25, 17:25)
“Neftçi” – MOİK 3:0 (25:19, 25:18, 26:24)

Xəbəri sosial şəbəkələrdə paylaş: