Yüksək Liqa: “Neftçi” – “Azərreyl” matçı sabah keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu sabah keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voletbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, fevralın 8-də kişi voleybolçuların Yüksək Liqasında “Neftçi” – “Azərreyl” qarşılaşması baş tutacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 15:00-da start veriləcək.

Yüksək Liqa
8 fevral

15:00. “Neftçi” – “Azərreyl”