Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri Bakıdakı “Olimpik Star”da baş tutub.
Əvvəlcə autsayderlər – “Lənkəran”la U-19 millimiz meydana çıxıblar. Fasiləyə üstün yollanmış gənclər ikinci hissədə qələbə hesabını qoruyublar. Yekunda qələbə qazanan U-19 cari mövsümdə xal hesabını açıb.
Turun mərkəzi oyununda “Araz-Naxçıvan”la “Neftçi” İK üz-üzə gəliblər. Matç turnir cədvəlinin zirvəsində yaranmış ikihakimiyyətliliyə son qoymaq baxımından önəmli olduğu qədər oktyabrın sonunda UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” üçün də ciddi sınaqlardan biri idi. Prinsipial matçda qələbə qazanan “Neftçi” vahid lider olub.
Son oyunda isə “Şuşa” ilə “Baku Fire” qarşılaşıblar. Altı qolluq bu oyunda da “Baku Fire” güclü olub.
Yüksək Liqa
5-ci tur
14 oktyabr
Lənkəran – U-19 5:6
Qollar: Məhəmməd Əliyev, 13:43; 22:08; 37:24. Pünhan Qasımzadə, 21:10-öz qapısına. Ümid Qəhrəmanov, 32:17 – Nicat Əzizli, 6:22; 25:55. İsmayıl Əhmədov, 12:26; 29:37. Pünhan Qasımzadə, 14:11. Oqtay Mahmudzadə, 18:54.
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saar 13:00.
Araz-Naxçıvan – Neftçi İK 4:5
Qollar: Peruzzo, 10:42. Aleks Da Silva, 14:04; 38:37. Lukas Dias Ramos, 39:16-öz qapısına – Lukas Dias Ramos, 22:20; 32:03. Allef Mayolli, 23:05; 37:40. Mehdi Ahanqari, 34:34.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saar 15:00.
Baku Fire – Şuşa 4:2
Qollar: Murad Quluzadə, 3:50; 23:16. Oktay Rüstəmli, 18:53. Kənan Manafov, 19:16 – Adil İsmayılov, 26:44. Rüstəm Bağırov, 32:38.
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Rza Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saar 17:30.
Xallar: Neftçi İK – 13. Baku Fire – 11. Araz-Naxçıvan – 10. Şuşa – 6. U-19 – 3. Lənkəran – 0.



