Yüksək Liqa: “Neftçi”dən asan, “Ordu”dan çətin qələbə

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, bu gün turun iki oyunu keçirilib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Günün ilk matçında “Neftçi” “Gənclər” kollektivini 3:0 (25:10, 25:10, 25:23) hesabı ilə məğlub edib.

Növbəti qarşılaşmada isə “Ordu” “Murov”la qarşılaşıb. Görüş “Ordu”nun çətin qələbəsi ilə (3:2) yekunlaşıb.

Bu gün həm də qadın voleybolçular arasında Azərbaycan çempionatının 6-cı turundan təxirə salınmış bir oyun keçirilib. “Murov”un idman zalında baş tutmuş oyunda “Murov” “Abşeron”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15) hesablı məğlubiyyəti ilə başa çatıb.

Yüksək Liqa
6 yanvar

Kişilər, 8-ci tur

“Neftçi” – “Gənclər” 3:0 (25:10, 25:10, 25:23)

“Ordu” – “Murov” 3:2 (25:15, 20:25, 25:22, 23:25, 15:10)

Qadınlar, 6-cı turun oyunu

“Murov” – “Abşeron” 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15)

Xəbəri sosial şəbəkələrdə paylaş: