Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Neftçi” MOİK-lə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.
Dekabrın 18-də daha iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” “Azərreyl”i qəbul edəcək. İki saat sonra “Gənclər” və “Murov” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Yüksək Liqa
3-cü tur
17 dekabr
“Neftçi” – MOİK 3:0 (25:12, 25:19, 25:18)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.