Yüksək Liqa: Növbəti oyunlar aprelin ilk günlərində keçiriləcək

Kişi və qadın voleybolçuların Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunlarının vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkə çempionatında növbəti görüşlər aprelin 1-də və 2-də keçiriləcək.

Həmin oyunların siyahısını təqdim edirik:

Yüksək Liqa

Kişilər
1 aprel

17:00. “Azərreyl” – MOİK
“Murov” Voleybol Klubunun idman zalı.

17:00. “Murov” – “Neftçi”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Qadınlar
2 aprel

17:00. “Gəncə” – “Abşeron”
Gəncə Olimpiya İdman Kompleksi.

17:00. “Azərreyl” – “Milli Aviasiya Akademiyası”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

18:00. UNEC – “Murov”
UNEC-in idman zalı.