Yüksək Liqa: Növbəti oyunların vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/24 mövsümünün növbəti oyunlarının keçirilmə yeri və vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkə çempionatının növbəti matçları martın 27-də və 29-da təşkil olunacaq.

Martın 27-də “Murov”un idman zalında MOİK və “Neftçi” komandaları üz-üzə gələcəklər. Bu oyuna saat 17:00-da start veriləcək.

Həmin gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Azərreyl” və “Murov” komandaları qarşılaşacaqlar. Matç saat 17:00-da başlayacaq.

Martın 29-da baş tutacaq Yüksək Liqanın növbəti matçında “Murov” klubu MOİK ilə üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq bu görüşün start fiti saat 17:00-da səslənəcək.

Qeyd edək ki, hazırda “Azərreyl” 41 xalla vahid liderdir. “Murov” 31 xalla ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə qərarlaşıb. Çempionatda çıxışlarını dayandıran komandalardan “Xarı Bülbül Şuşa”nın 16, “Xarı Bülbül Laçın”ın 4 xalı var. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.

Yüksək Liqa

27 mart
17:00. MOİK – “Neftçi”
17:00. “Azərreyl” – “Murov”

29 mart
17:00. “Murov” – MOİK