Yüksək Liqa: UNEC-dən ardıcıl 15-ci məğlubiyyət

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları sabah keçiriləcək. Saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. “Gəncə” və “Murov” arasındakı oyun isə Gəncə şəhərində keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq oyuna saat 17:00-da start veriləcək.

Hazırda “Azərreyl” 36 xalla (12 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
15-ci tur
27 fevral

UNEC – “Milli Aviasiya Akademiyası” 0:3 (15:25, 12:25, 12:25)

28 fevral

15:00. “Azərreyl” – “Abşeron”
17:00. “Gəncə” – “Murov”