Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün üçüncü yerin sahibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bürünc medal uğrunda oyunda “Neftçi” və “Xilasedici” kollektivləri bu gün növbəti dəfə münasibətlərinə aydınlıq gətiriblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş ikinci qarşılşama ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlki qarşılaşmada da qalib gəlmiş (3:0) “Xilasedici” üçüncü yerin sahibi olub.
Qeyd edək ki, çempionluq uğrunda aprelin 22-də və 25-də keçiriləcək matçlarda “Azərreyl” “Murov”la qarşılaşacaq.
Yüksək Liqa (kişilər)
Üçüncü yer uğrunda ikinci oyun
21 aprel
“Xilasedici” – “Neftçi” 3:1 (25:18, 23:25, 25:17, 25:18)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
İlk oyun – 3:0.