Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) üçüncü yer uğrunda mübarizəyə start verilib.
Arena.az xəbər verir ki, bürünc medallar uğrunda mübarizə aparan “Neftçi” və “Xilasedici” komandaları bu gün ilk oyuna çıxıblar.
“Xilasedici” bu oyunda 3:0 hesabı ilə qələbə qazanıb. Tərəflər arasındakı ikinci oyun sabah keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Yüksək Liqa
3-cü yer uğrunda ilk oyun
20 aprel
“Neftçi” və “Xilasedici” 0:3 (20:25, 22:25,17:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.