Bu gün kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) yarımfinal mərhələsinin oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, pley-off mərhələsində yarımfinal qarşılaşmaları 15-18 aprel tarixlərində keçiriləcək. Əsas mərhələnin nəticələrinə görə, turnir cədvəlində birinci olan komandalar dördüncü yerin sahibləri ilə, ikinci olan kollektivlər isə üçüncü yerləri tutan klublarla qarşılaşacaqlar.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə qədər davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi qızıl setdə müəyyənləşəcək.
İlk oyun günündə kişilərin yarışında “Azərreyl” MOİK-lə, qadınların yarışında isə “Azərreyl” “Gəncə” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Zala giriş sərbəstdir.
Yüksək Liqa
Yarımfinal oyunları
Birinci oyunlar
15 aprel
Kişilər
15:00. “Azərreyl” (1) – MOİK (4)
Qadınlar
18:00. “Azərreyl” (1) – “Gəncə” (4)
16 aprel
Kişilər
15:00. “Murov” (2) – “Neftçi” (3)
Qadınlar
18:00. “Abşeron” (2) – “Murov” (3)
İkinci oyunlar
17 aprel
Kişilər
15:00. MOİK (4) – “Azərreyl” (1)
Qadınlar
18:00. “Gəncə” (4) – “Azərreyl” (1)
18 aprel
Kişilər
15:00. “Neftçi” (3) “Murov” (2)
Qadınlar
18:00. “Murov” (3) – “Abşeron” (2)