Almaniyalı mütəxəssis Yulian Nagelsman Fransanın PSJ komandasının yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Arena.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
PSJ rəhbərliyi tezliklə Kristof Qaltyeni əvəz edə biləcək Nagelsmanla əməkdaşlıq şərtlərini müzakirə etməyə başlayacaq.
Artıq ilkin danışıqların aparıldığı bildirilir. Nagelsmanın qərargahına Tyerri Anri də daxil ola bilər. Bununla yanaşı, Joze Mourinyo və Luis Enrikenin adı parislilərin baş məşqçi vəzifəsinə namizədlər sıyahısında çəkilir. Klubun idman direktoru Luis Kampos isə digər variantları araşdırır.
Əvvəllər Yulian Nagelsman “Bayern”i çalışdırsa da, mövsümün gedişində onu Tomas Tuxel əvəzləyib. O, daha öncə “Leypsiq” və “Hoffenhaym” komandalarına da rəhbərlik edib.
Xatırladaq ki, məhz Naqelsmanın rəhbərliyi altında “Bayern” cari Çempionlar Liqasının 1/8 finalında PSJ-ni məğlub edib.