Yuliya Kərimova və Nərminə Musayeva “Gəncə”də – Rəsmi

Voleybol üzrə Azərbaycan milli komandasının üzvləri Yuliya Kərimova və Nərminə Musayeva bundan sonra “Gəncə”nin formasını geyinəcəklər.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” heyətini yeni voleybolçularla gücləndirib. Belə ki, millimizin üzvləri Yuliya Kərimova və Nərminə Musayeva ilə müqavilə imzalanıb.

Xatırladaq ki, “Gəncə” daha əvvəl yığmamızın digər voleybolçusu Ülkər Kərimova ilə müqavilə imzalandığını açıqlamışdı.