Futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin Yunanıstan – Azərbaycan oyunu üçün təyinatlar müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Afinada baş tutacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Yunanıstan – Azərbaycan görüşü martın 11-də Yunanıstanda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 mart
Yunanıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Hakimlər briqadası Bolqarıstandandır).
Hakim-inspektor: Sven Eichler (Almaniya).
11 mart. Afina. “DAİS İdman Arena”. Saat 21:00.


