“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 37-ci turunda “Aston Villa” ilə məhsudlar səfər heç-heçəsini (3:3) şərh edib.
Arena.az xatırladır ki, “qırmızılar” hesabı açsalar da, oyunun gedişində 3:1 hesabı ilə öndə olsalar da, “mahmızlar” əzmkar oyunla heç-heçəni qopara biliblər.
“Yaxşı futbol oynadıq, amma qələbəni əldən verdik. Keyfiyyətli oyun keçirib, rəqibimizə xeyli fəsadlar yaratmağı bacardıq. “Aston Villa”nın hesabı necə bərabərləşdirdiyini başa düşmədim. Biz qalib gəlmək istəyirdik, amma hesab 3:2 olanda üstünlüyü qorumaq daha asan olmadı”, – “Sky Sports” dərgisi alman mütəxəssisdən sitat gətirir.
37 oyundan 79 xal toplamış “Liverpul” 3-cü, 68 xal toplamış “Aston Villa” isə 4-cü pillədə qərarlaşıb.
Premyer Liqanın zirvəsi uğrunda isə gərgin mübarizə gedir. Hazırda “Arsenal” 37 oyundan 86 xalla Premyer Liqanın yarış cədvəlində şərti lider mövqeyində qərarlaşıb. 36 oyun keçirmiş “Mançester Siti” 85 xalla 2-ci pillədən “Arsenal”ı daban-daban təqib edir.
Mayın 14-də “şəhərlilər” 34-cü turdan təxirə salınmış oyun çərçivəsində səfərdə “Tottenhem”lə qarşılaşacaqlar. Mütəxəssislərin böyük əksəriyyəti bu oyunu “Mançester Siti”nin cari mövsümün çempionluğunu qazanması yolunda mümkün ən böyük əngəl hesab edirlər.