Yurgen Klopp “Atalanta”ya rəqib olmalarından danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 final mərhələsinin püşkatmasının nəticəsi barədə danışıb.

Arena.az xatırladır ki, püşk “Liverpul”u “Atalanta”ya rəqib edib.

“Çətin. “Atalanta”, biz orada oynamışıq. Asan rəqib gözləmirdim. Çox maraqlıdır. Mən “Atalanta”nın etdiklərinə çox hörmətlə yanaşıram. Bu komandaya yenə eyni baş məşqçi rəhbərlik edir. Əminəm ki, oxşar oyun sistemini, strukturu qoruyub saxlayıblar. Çox yaxşı təşkilatlanıblar. Bu isə o deməkdir ki, onlara qarşı oynamaq çox çətindir. Amma bu, 1/4 finaldır. Bütün iştirakçıları nəzərə alsaq, mən asan rəqib gözləmirdim. Çox maraqlı olacaq. Nə edə biləcəyimizi zaman göstərəcək”, deyə Yurgen Klopp klub saytına açıqlamasında bildirib.

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab oyunları isə aprelin 18-də baş tutacaq. Avropa Liqasının finalı mayın 22-də İrlandiyanın paytaxtı Dublindəki “Aviva” Stadionunda keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının hazırkı qalibi “Sevilya”dır. Əndəlüs təmsilçisi son yarışın finalında “Roma”ya qalib gəlib (əsas və əlavə vaxt: 1:1, penaltilərlə: 4:1).