Yurgen Klopu təhqir etmiş Devid Kut istefaya göndərildi

“Liverpul”un keçmiş baş məşqçisi, alman mütəxəssis Yurgen Klopu təhqir etmiş ingilis futbol hakimi Devid Kut istefaya göndərilib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, müvafiq qərarı İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) qəbul edib:

“Devid Kutun hərəkətləri onun əmək müqaviləsinin şərtlərinin ciddi surətdə pozulması kimi müəyyən edilib. Devid Kutun dəstəyi bizim üçün hələ də vacibdir və biz onun rifahına sadiq qalırıq”, – İngiltərə Peşəkar Hakimlər Şurasının rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, bundan əvvəl internetdə, Devid Kutun “Liverpul”u və Yurgen Klopu təhqir etdiyi video yayılıb. Bu üzdən İngiltərə Peşəkar Hakimlər Şurası Kutu hakimlikdən kənarlaşdırmışdı.

Vurğulanır ki, Devid Kut istefaya göndərilməsi haqda qərara etiraz etmək və müvafiq şikayət ərizəsi ünvanlamaq hüququnu özündə saxlayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: