Yusif Nəbiyev rəsmən “Səbail”də

Kəpəz”dən ayrılan sol cinah müdafiəçisi Yusif Nəbiyev növbəti mövsümdən karyerasını “Səbail”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Yusif Nəbiyev 2022-ci ilin iyul ayından “Kəpəz”də çıxış edirdi. O, geridə qalan mövsümdə Gəncə təmsilçisinin heyətində 37 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi əvvəllər “Sumqayıt” (59 oyun, 4 qol, 4 assist), “Qəbələ” (36 oyun, 2 qol, 2 assist) və “Zirə”də (8 oyun) də forma geyinib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

Sonda onu da bildirək ki, “Səbail” daha öncə öz oyunçularından Vüqar Həsənov ilə yeni müqavilə bağlanıldığını açıqlamışdı. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Ruslan Hacıyev isə komandanı tərk edib.