“Sumqayıt” Futbol Klubu müdafiəçi Yusif Nəbiyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə tərəflər arasındakı müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi diqqətə çatdırılıb. 24 yaşlı futbolçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsidir. O, 2016/17 mövsümündə də icarə əsasında “Sumqayıt”da çıxış etmişdi. Futbolçu “Qəbələ” və “Sumqayıt”la yanaşı, “Zirə”də də forma geyinib. Onun bundan sonrakı karyerasını “Kəpəz”də davam etdirməsi gözlənilir. Məsələ burasındadır ki, Yusifin qardaşı Fərid Nəbiyev də bu yay Çexiyanın “Viktoriya” (Jijkov) klubundan ayrılaraq “Kəpəz”ə keçib. Bu üzdən də onlar eyni komandada çiyin-çiyinə oynamaq istəyirlər.