“Yuventus” 3 xalı darmadağınla əldə etdi

Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilməli idi.

Lakin turun açılış matçı – “Latsio” – “Torino” görüşü baş tutmayıb.

Ötən tur səfərdə “Verona” ilə qollu bərabərə qalan “Yuventus” bu dəfə “Spetsiya”nı qəbul edib. Turin təmsilçisi doğma meydanda 3 cavabsız qola sevinib.

İtaliya A Seriyası
25-ci tur
2 mart

Latsio – Torino matçı baş tutmayıb

Yuventus – Spetsiya 3:0
Qol: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.

3 mart

21:30. Sassuolo – Napoli
23:45. Benevento – Verona
23:45. Milan – Udineze
23:45. Cenoa – Sampdoriya
23:45. Fiorentina – Roma
23:45. Atalanta – Krotone
23:45. Kalyari – Bolonya

4 mart

23:45. Parma – İnter