“Yuventus” “Latsio”nu məğlub yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Spetsiya” “Benevento”nu qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

Ötən tur “Milan” səfərindən 1 xalla dönən “Udineze” bu dəfə “Sassuolo”nun müqavimətini qırmağı bacarıb.

Son çempion “Yuventus” Turində “Latsio”nu sınağa çəkib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

İtaliya A Seriyası
26-cı tur
6 mart

Spetsiya – Benevento 1:1
Qol: Verde, 71 – Qayiç, 24.

Udineze – Sassuolo 2:0
Qol: Lyorente, 42. Pereyra, 90+3.

Yuventus – Latsio 3:1
Qol: Rabyo, 39. Morata, 57; 60-pen. – Korrea, 14.

7 mart

15:30 Roma – Cenoa
18:00 Krotone – Torino
18:00 Fiorentina – Parma
18:00 Verona – Milan
21:00 Sampdoriya – Kalyari
23:45 Napoli – Bolonya

8 mart

23:45 İnter – Atalanta