“Yuventus” Manuel Lokatelli ilə müqaviləsini yenilədi

“Yuventus” komandanın italyan dayaq yarımmüdafiəçisi Manuel Lokatelli ilə anlaşaraq, müqaviləsini yeniləyib.

Arena.az bu barədə “Yuventus”un mətbuat xidmətinə istinadən məlumat verir.

Manuel Lokatellinin “Yuventus”la yeni müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

“Yuventus” Lokatellini 2023-cü ilin iyulunda 30 milyon avro qarşılığında 2 illik – 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər “Sassuolo”dan icarəyə götürmüşdü.

Cari mövsümdə Lokatelli “Yuventus”un heyətində 11 oyuna çıxıb, 1 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Lokatellinin “Qoca sinyoranın” heyətində ümumi statistikası isə belərdir: 103 oyun, 4 qol, 8 məhsudlar ötürmə.

Manuel Lokatelli 2020-ci ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 26 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Manuel “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı Manuel Lokatellini 30 milyon avro məbləğində qiymətləndirir.