“Yuventus” Poqba adlı kitabı bağlamaq qərarına gəldi

Daha əvvəl “Yuventus”un dopinqə görə cəzalandırılmış fransalı yarımmüdafiəçisi Pol Poqba Turin klubu ilə müqaviləsini ləğv edə bilər.

Arena.az bu barədə “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə əməkdaşlığa son qoymağa meyillidir. Çünki “qoca sinyora” futbolçunun cəzasının ləğv ediləcəyinə ehtimalın az olduğu qənaətindədir. Poqbanın “Yuverntus”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, ötən ilin avqustunda Pol Poqba dopinq müayinədən keçib, fransalı yarımmüdafiəçinin müayinəsi müsbət nəticə verib. Cari ilin fevral ayının 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib. Məhkəmə Poqbanın futbol fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti verib.

Bir müddət əvvəl verdiyi müsahibəsində Poqba idman formasını bərpa edərək, gözləmə mövqeyini tutduğunu açıqlamışdı.