“Yuventus” “Roma”nı məğlub yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Torino” ilə məhsuldar heç-heçəyə razılaşıb. “Sassuolo” evdə “Spetsiya”ya uduzubsa, “Napoli” “Cenoa” ilə səfər matçında xalsız qalıb.

Turun mərkəzi görüşü Turində keçirilib. Son çempion “Yuventus” doğma meydanda “Roma”nı 2 cavabsız qolla məğlub edib.

İtaliya A Seriyası
21-ci tur

5 fevral

Fiorentina – İnter 0:2
Qol: Barella, 31. Perişiç, 52.

6 fevral

Atalanta – Torino 3:3
Qol: İliçiç, 14. Siriqu, 19-avtoqol. Muriel, 21 – Belotti, 42. Bremer, 45+1. Bonatsoli, 84.

Sassuolo – Spetsiya 1:2
Qol: Kaupto, 25 – Erliç, 39. Qyasi, 78.

Yuventus – Roma 2:0
Qol: Ronaldo, 13. İbanes, 69-avtoqol.

Cenoa – Napoli 2:1
Qol: Pandev, 11; 26 – Politano, 79.

7 fevral

15:30 Benevento – Sampdoriya
18:00 Milan – Krotone
18:00 Udineze – Verona
21:00 Parma – Bolonya
23:45 Latsio – Kalyari