“Yuventus” “byankoneri”nin portuqal keçmiş hücumçusu Kristiano Ronaldoya olan borcunu ödəməmək niyyətindədir.
Arena.az İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir ki, “qoca sinyora” bu məsələdə fərqli baxışa malikdir.
Turin klubu Ronaldoya 9,8 milyon avro məbləğində borcun inflyasiya nəzərə alınmaqla 9%-ni ödəməli olduğu barədə qərar çıxarmış məhkəmənin hökmündən apellyasiya şikayəti verdiyini açıqlayıb.
Xatırladaq ki, koronavirus pandemiyası zamanı Ronaldo “Yuventus”la müqavilə bağlayıb və kluba futbolçunun maaşının keçirilməsini təxirə salmağa icazə verib. Daha sonra portuqal hücumçu Turin klubunun ona 19,9 milyon avro məbləği ödəməsi üçün məhkəməyə üz tutmalı olub.
İtaliya nəhəngi isə 2023/2024-cü illər mövsümündə Ronaldoya gərək olan bütün məbləği ödədiyini iddia edir.
Vurğulanır ki, “Yuventus”un adı illərlə maliyyə fırldaqlarında xoşagəlməz surətdə hallandığından, indi Turin klubunun bu məsələdə tutduğu mövqe şübhə ilə qarşılanır.