“Yuventus” səfərdə, “Milan” evdə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Salernitana” – “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Spetsiya” “Kalyari”ni məğlub yola salıb.

Səfərdə “Sampdoriya” ilə qarşılaşan “Yuventus” inamlı qələbəyə sevinib. Lider “Milan” isə qələbə qazanmağı unudan “Empoli”ni qəbul edib. “Rossonyerilər” bu görüşdə məğlubiyyətsiz oyunlar seriyasını bir qədər də uzadıb.

Liderin ən yaxın izləyicisi “İnter”i isə çətin Turin səfəri gözləyir. 6 oyundur qələbə qazana bilməyən “Torino” məhz bu matçda tilsimi qırmaq niyyətindədir.

Tura “Latsio” – “Venetsiya” görüşüylə yekun vurulacaq.

İtaliya A Seriyası
29-cu tur
12 mart

Salernitana – Sassuolo 2:2
Qol: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.

Spetsiya – Kalyari 2:0
Qol: Erlik, 55. Manaj, 74.

Sampdoriya – Yuventus 1:3
Qol: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.

Milan – Empoli 1:0
Qol: Kalulu, 19.

13 mart

15:30 Fiorentina – Bolonya
18:00 Verona – Napoli
21:00 Atalanta – Cenoa
21:00 Udineze – Roma
23:45 Torino – İnter

14 mart

23:45 Latsio – Venetsiya