Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Andrey Şevçenkolu “Cenoa”nın rəqibi “Atalanta” olub. Bu görüşdə qapılara qol vurulmayıb. “Yuventus” isə bu turda “Kalyari”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.
Lider “İnter” doğma meydanda “Torino”nun müqavimətini qırmağa çalışacaq, “Milan” isə çətin “Empoli” səfərinə yollanacaq.
19-cu turun “Udineze” – “Salernitana” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
İtaliya A Seriyası
19-cu tur
21 dekabr
Cenoa – Atalanta 0:0
Yuventus – Kalyari 2:0
Qol: M.Kin, 40. Bernardeski, 83.
22 dekabr
19:30. Venetsiya – Latsio
19:30. Sassuolo – Bolonya
21:30. İnter – Torino
21:30. Roma – Sampdoriya
21:30. Verona – Fiorentina
23:45. Napoli – Spetsiya
23:45. Empoli – Milan


