“Yuventus”la “İnter”dən çətin qələbə

Futbol üzrə İtaliya A Seriyasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

3-cü turdan təxirə salınmış oyunda “Yuventus” “Napoli”ni qəbul edib. Turin təmsilçisi 3 qolun qeydə alındığı bu oyundan qalib ayrılıb.

Lider “İnter” isə 28-ci turdan təxirə salınmış oyunda “Sassuolo” ilə münasibətlərinə aydınlıq gətirib. Milanlılar da bu görüşdə çətin qələbəyə seviniblər.

“İnter” bu qələbədən sonra 71 xalla zirvədə qərarlaşıb. “Yuventus” 59 xalla üçüncüdürsə, “Napoli” 56 xalla beşincidir. “Sassuolo” isə 40 xalla 9-cu pillədə qalıb.

İtaliya A Seriyası
7 aprel

3-cü turun oyunu

Yuventus – Napoli 2:1
Qol: Ronaldo, 13. Dibala, 73 – İnsinye, 90-pen.

28-ci turun oyunu

İnter – Sassuolo 2:1
Qol: Lukaku, 10. L.Martines, 67 – Traore, 85.