Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Yuventus” doğma meydanda “İnter”lə qarşılaşıb. Səfərdə Milan təmsilçisini 2:1 hesabıyla üstələmiş Turin klubu evdə qolsuz bərabərliyə nail olmaqla ilk finalçı olub.
Digər finalçının adına “Atalanta” – “Napoli” matçında aydınlıq gəlib. Dörd qolun qeydə alındığı matçda qalib gələn Berqamo klubu finala vəsiqə qazanıb.
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
9 fevral
Yuventus – İnter 0:0 (ilk oyun 2:1)
10 fevral
Atalanta – Napoli 3:1 (0:0)
Qol: Sapata, 10. Pessina, 16; 78 – Lozano, 53.