“Yuventus”un yarımmüdafiəçisi sıradan çıxdı

İtaliya çempionu “Yuventus”un yarımmüdafiəçisi Artur sıradan çıxıb.

Arena.az xəbər verir ki, Turin təmsilçisi rəsmi saytı vasitəsilə futbolçunun zədələndiyini açıqlayıb.

Sağ ayağından zədələnən braziliyalı futbolçu komandanın son məşqlərində də iştirak etməyib. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Artur Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək “Portu” ilə oyunda da iştirak edə bilməyəcək.

Komandanın digər zədəliləri – Paulo Dibala və Leonardo Bonuççinin də A Seriyasının növbəti turunda keçiriləcək “Napoli” ilə oyunu buraxacağı, lakin “Portu” ilə matça hazır olacaqları bildirilir.

Qeyd edək ki, sabah keçiriləcək “Napoli” – “Yuventus” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.